"Sabah"la oyuna kimi tam hazır vəziyyətdə olacağımı düşünürəm"

12:53 - 14 Yanvar 2023

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç klub televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu zədəsini sağaltdığını və komandaya qoşulduğunu deyib:

 

"Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalmışdım. Artıq zədəm yaxşılığa doğru gedir. Komanda ilə birlikdə məşqlərə başlamışam. Hazırlığımız yaxşı gedir. "Sabah"la Premyer Liqa matçına hələ iki həftə qalıb. Həmin oyuna kimi tam hazır vəziyyətdə olacağımı düşünürəm. Yeni transfer Höccət Haqverdi Azərbaycan milli komandasının üzvüdür. Onun bizim müdafiə xəttinə çox böyük köməyi olacaq".

Xəbər xətti