"Qarabağ" kimi komanda ilə oynamağa dəyərdi"

13:44 - 14 Yanvar 2023

Polşanın "Rakuv" klubu Antalyada keçirilən hazırlıq matçında "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Marek Papsun qarşılaşmadan sonra açıqlama verib. 49 yaşlı mütəxəssis "Qarabağ"ı güclü rəqib adlandırıb:

 

"Güclü rəqiblə oynadıq. "Lex" bu komanda ilə qarşılaşıb və məğlub olmuşdu. "Qarabağ" kimi komanda ilə oynamağa dəyərdi. Yaxşı matç oldu. Komandamın çıxışından razıyam".

Xəbər xətti