"Kəpəz"dən ayrılan futbolçu "Şamaxı"da

14:14 - 14 Yanvar 2023

"Şamaxı" növbəti transferi reallaşdırıb.

Sportal.az xəbər verir ki, müdafiəçi Zahid Mərdanov  il yarım "Şamaxı"nın formasını geyinəcək.

23 yaşlı futbolçu daha öncə "Kəpəz"də çıxış edib.

"Şamaxı" daha öncə hücumçu Emil Qasımov, Emin Zamanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqavilə yeniləyib. 

Xəbər xətti