"Sumqayıt" Rusiya klubuna məğlub oldu

17:36 - 17 Yanvar 2023

"Sumqayıt" Antalya toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Samir Abbasovun rəhbərlik etdiyi kollektiv Rusiyanln "Krılya Sovetov" klubu ilə qarşılaşıb. Matç Samara təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə keçirdiyi ilk hazırlıq oyununda Serbiyanın "Radnik" klubuna 1:2 hesabı ilə məğlub olub.

Xəbər xətti