Türkiyə klubunun baş məşqçisi açıqlandı

18:19 - 17 Yanvar 2023

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Aleksandar Stanoyeviç çalışdıracaq. Bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

 

Son iş yeri ölkəsində "Partizan" olan Aleksandar Stanoyeviç "Konyaspor"un baş məşqçisi postunda dünən istefaya göndərilən İlhan Palutu əvəz edib.

Xəbər xətti