"Qalatasaray" türk müdafiəçini istəyir

19:30 - 17 Yanvar 2023

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" "İstanbulspor"da çıxış edən Mehmet Yeşilin xidmətində maraqlıdır. Bu barədə DHA məlumat yayıb. "Qalatasaray" "Lill"in də transfer siyahısında olan 24 yaşlı mərkəz müdafiəçisi üçün danışıqlara başlayacaq.

Qeyd edək ki, Mehmet Yeşil 2016-cı ilin yayından "İstanbulspor"da çıxış edir. Türk futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti