Ayxan Abbasov: "Toplanışdan maksimum istifadə etdik"

19:52 - 17 Yanvar 2023

"Turan Tovuz" Antalya toplanışı çərçivəsində sonuncu toxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Qazaxıstanın "Jetısu" klubunu 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra açıqlama verən komandanın baş məşqçisi Ayxan Abbasov Türkiyə toplanışını dəyərləndirib:

 

"Bura gəlməmişdən əvvəl bəlli planımız var idi. Bu il çempionatda fasilənin az olması bizim üçün yenilikdir. Amma toplanışdan maksimum istifadə etdik. İlk yoxlama oyunu çətin keçdi. Bəzi futbolçulara çox istirahət vermişdik. Oyundan-oyuna istədiyimiz tempə çata bildik. Bugünkü matçda bir çox oyunçumuz 90 dəqiqə meydanda qaldı. Gələn həftə bizi çempionatda "Qarabağ"la ağır oyun gözləyir. Dünən ikitərəfli oyunda digər futbolçuları da sınaqdan keçirdik. Cavid Tagıyevdən başqa digər oyunçulardan istədiyimiz oyun praktikası və məşqləri ala bildik. 


Ayxan Abbasov "Turan Tovuz"un yeni transferi Denis Marandıç haqda da fikirlərini bildirib. O, moldovalı müdafiəçinin komandaya tez uyğunlqşdığını deyib:

 

"Futbolçunun əzmkarlığı bizim xoşumuza gəlir. Oynamaq üçün darıxıb. Ona inanırıq. Sevindirici hal odur ki, tez bir zamanda komandaya uyğunlaşdı. Oyun sistemimiz ona yad deyil. Çünki, milli komandada da bu sistemdə oynayıb. Məncə, yoldaşlıq görüşlərində pis təsir bağışlamadı. Amma çempionat daha ağır olacaq. İnanıram ki, Denis 1-2 turdan sonra ideal formada olacaq".

Xəbər xətti