"Sabah" Serbiya klubuna qalib gəldi

20:07 - 18 Yanvar 2023

"Sabah" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoldaşlıq görüşünü keçirib.

 

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi Serbiyanın "Volvodina" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Murad Musayevin yetirmələrinin 4:2 hesablı qələbəsiylə başa çatıb. "Sabah"ın heyətində Davit Volkov dubl edib, Aleksey İsayev və Aleksey Kaşuk isə hərəyə 1 dəfə fərqlənib.

 

Xatırladaq ki, "Sabah" Türkiyədəki yoxlama sınaq matçında Polşanın "Varta" (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti