"Neftçi"nin hücumçusu Kipr klubuna keçir

11:39 - 21 Yanvar 2023

"Neftçi"nin futbolçusu Qodsvey Donyo komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçunun karyerasını Kiprdə davam etdirmək ehtimalı var. Qanalı forvardın xidmətində "Apollon" (Limassol) maraqlıdır. Baş məşqçi Konstantinos Makridis Donyonu komandasında görmək istəyir.

 

Qeyd edək ki, Qodsvey Donyo "Neftçi"yə 2022-ci ilin yayında keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Təcrübəli hücumçu Bakı klubunun heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti