Almaniyada ilin ən yaxşı futbolçusu açıqlandı

16:30 - 21 Yanvar 2023

Almaniya milli komandasında 2022-ci ilin ən yaxşı oyunçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, başa çatan ilin ən yaxşısı adına "Bavariya"nın gənc hücumçusu Camal Musiala layiq görülüb. Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

 

20 yaşlı forvard azarkeşlər arasında keçirilən sorğuda 66 faiz səs toplayıb. İkinci yeri "Çelsi"də çıxış edən kay Haverts tutub. "Bavariya"nın digər futbolçusu Yozua Kimmix isə üçüncü olub.

Xəbər xətti