Haaland "Mançester Siti"yə qələbə qazandırdı - VİDEO

20:16 - 22 Yanvar 2023

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün "Mançester Siti" doğma meydanda "Vulverhempton"u qəbul edib. Qarşılaşma "şəhərlilər"in 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 45-ə yüksəldən "Mançester Siti" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 17 xal toplayan "Vulverhempton" isə 17-ci yerdədir.

 

"Mançester Siti" - "Vulverhempton" 3:0

Qollar: Erlinq Haaland, 40, 50, 54

 

Xəbər xətti