İbrahimoviç karyerasını bitirir

18:32 - 23 Yanvar 2023

İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı forvard mövsümün sonunda peşəkar futbolla vidalaşacaq. Bu barədə "La Gezzetta dello Sport" nəşri məlumat yayıb. İsveçli futbolçu son zamanlar tez-tez zədələndiyi üçün karyerasını bitirmək qərarına gəlib.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç 2020-ci ilin yayından "Milan"da çıxış edir. Təcrübəli forvard cari mövsümdə rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti