Frenk Lempard istefaya göndərildi - RƏSMİ

19:37 - 23 Yanvar 2023

İngiltərə Premyer Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Everton" Frenk Lempardla yollarını ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Frenk Lempard 2022-ci ilin 31 yanvar tarixindən "Everton"u çalışdırırdı. Komanda İngiltərə Premyer Liqasında 20 turdan sontra 15 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər xətti