"Kəpəz" qapıçı transfer etdi

20:44 - 23 Yanvar 2023

"Kəpəz" heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elgün Bayramov "sarı-göylər"in formasını geyinəcək.

Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı qapıçı ilə müqavilənin müddəti 1,5 illikdir. Onun sonuncu klubu MOİK olub. Gənc qolkiper  aşağı yaş qrupları üzrə yığma komandalarda çıxış edib.

Xəbər xətti