"Real"ı yarımfinala yüksəldən qələbə - VİDEO

10:47 - 27 Yanvar 2023

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə "Real" doğma meydanda "Atletiko"nu qəbul edib. Madrid derbisinin əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda daha iki qol vuran "Real" yarımfinala yüksəlib.

 

"Real" - "Atletiko" 3:1

Qollar: Rodriqo, 69, Benzema, 104, Vinisius, 121+1 - Morata, 19

 

Xəbər xətti