"Beşiktaş" 3 xalı 3 qolla qazandı - VİDEO

12:06 - 28 Yanvar 2023

Türkiyə Super Liqasında 21-ci turun görüşləri davam edir.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Alanyaspor"u qəbul edib. Qarşılaşma "qara qartallar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xallarını 38-ə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Alanyaspor" isə 25 xalla 9-cu yerdədir.

 

"Beşiktaş" - "Alanyaspor" 3:0

Qollar: Cenk Tosun, 20, 50, Dele Allli, 59

 

Xəbər xətti