Mahir oynadı, "Dinamo" qələbə qazandı

22:06 - 28 Yanvar 2023

Futbol üzrə Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Lokomotiva"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard 70-ci dəqiqədə Yosip Drmiçin əvəzinə meydana daxil olub.

 

Xallarını 45-ə yüksəldən "Dinamo" liderliyini davam etdirir. Zaqreblilər ən yaxın izləyicisi olan "Hayduk"u 7 xal qabaqlayır.

Xəbər xətti