Renatlı "Qrasshopper" səfərdən bir xalla qayıdır

22:55 - 28 Yanvar 2023

Futbol üzrə İsveçrə Super Liqasında 18-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Qrasshopper" səfərdə "Luqano"nun qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə lə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 23 yaşlı forvard matça start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib.

Xallarını 21-ə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər xətti