"Qarabağ" - "Şamaxı" matçının biletləri satışa çıxır

17:16 - 30 Yanvar 2023

Azərbaycan Premyer Liqasının 20-ci turunda keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

 

Biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

 

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Xəbər xətti