Qattuzo istefaya göndərildi

23:10 - 30 Yanvar 2023

İspaniya La Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Valensiya" Cennaro Qattuzonu istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qattuzo mövsümün əvvəlində "Valensiya"nın baş məşqçisi təyin olunmuşdu. "Yarasalar" La Liqada 20 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti