"Beşiktaş" "Çelsi"nin futbolçusunu istəyir

20:30 - 2 Fevral 2023

“Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyeş “Beşiktaş”dan təklif alıb.

Sportal.az “Goal.com”a istinadən xəbər verir ki, yarımmüdafiəçinin İstanbul klubuna keçidinə yalnız yüksək maaşı mane ola bilər.

Türkiyədə “transfer pəncərəsi” fevralın 8-dək açıq olacaq.

29 yaşlı futbolçu “Herenven”, “Tvente”, “Ayaks”da oynayıb.

Ziyeşin PSJ-yə keçmək üçün Parisə tibbi müayinəyə yollandığı bildirilirdi.

Xəbər xətti