Renat Dadaşov "Bazel" üzərində qələbənin iştirakçısı oldu

09:57 - 5 Fevral 2023

Futbol üzrə İsveçrə Super Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Bazel"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 61-ci dəqiqədə meydana daxil olub.

Xallarını 24-ə yüksəldən "Qrasshopper" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti