Azar Niderland klubuna keçdi

14:16 - 5 Fevral 2023

Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Eyndhoven təmsilçisi “Borussiya”nın yarımmüdafiəçisi Torqan Azarı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı vinger mövsümün sonuna kimi icarə əsasında PSV-də çıxış edəcək.

 

Qeyd edək ki, Torqan Azar 2019-cu ilin yayından "Borussiya"da çıxış edir. 30 yaşlı futbolçu cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 1 qol vurub.

Xəbər xətti