Sabiq "Barselona"lı La Liqada klubunu dəyişdi

16:44 - 5 Fevral 2023

İspaniyanın "Espanyol" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Selta"dan Denis Suaresi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında "Espanyol"da çıxış edəcək.

 

Qeyd edək ki, Denis Suares "Selta"ya 2019-cu ilin yayında "Barselona"dan transfer olunub. İspan futbolçu Viqo təmsilçisinin heyətində meydana çıxdığı 105 matçda 5 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti