Türkiyə klubunun qapıçısı zəlzələdə həlak oldu - YENİLƏNİB

17:06 - 6 Fevral 2023

Türkiyədə bu gün baş vermiş güclü zəlzələ nəticəsində "Yeni Malatyaspor" klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.

 

Sportal.az xəbər verir ki, xilasedicilər 28 yaşlı qolkiperin cansız bədənini binanın dağıntılarının altından tapıblar.

 

*******

 

Bu gün səhər saatlarında Türkiyənin bir neçə şəhərində güclü zəlzələ baş verib.

 

Sportal.az xəbər verir ki, hadisə nəticəsində 200-dən çox insan həlak olub, 1700-dən çox isə xəsarət alan var.

 

Zəlzələ nəticəsində Türkiyə I Liqasında mübarizə aparan "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan dağıntılar altında qalıb. 28 yaşlı "əlcək sahibi"nin həyat yoldaşı dağıntıların altından çıxarılıb. Futbolçunun da qurtarılması üçün fəaliyyətılər davam edir.

Xəbər xətti