"Kəpəz"dən ayrılan hücumçu Şimali Makedoniya klubunda

13:13 - 6 Fevral 2023

Qış fasiləsində "Kəpəz"dən ayrılan Mixeil Erqemlidzenin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, gürcü hücumçu karyerasını Şimalı Makedoniyada davam etdirəcək. 23 yaşlı forvard "Akademiya Pandev" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Mixeil Erqemlidze "Kəpəz"ə mövsümün əvvəlində keçmişdi. O, Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 14 Premyer Liqa matçında 2 qol vurub.

Xəbər xətti