Qanalı Azərbaycana geri qayıtmaması barədə: "Nə baş verdiyini anlamıram"

18:14 - 6 Fevral 2023

Qana millisinin sabiq forvardı, mövsümün gedişində Banqladeşin "Şeyx Rəssul" klubundan ayrılaraq "Sumqayıt"a keçmiş Riçard Qadze komandada qalası olmayıb.

Sportal.az saytına açıqlama verən afrikalı komandadan öz istəyilə ayrılmadığını bildirib: 

"Nə baş verdiyini özüm də anlamıram. Bu barədə ən yaxşısı klubla danışın. Təlim-məşq toplanışına gecikmişdim. Buna görə də, baş məşqçi geri qayıtmağıma ehtiyac olmadığını bildirdi. Toplanışda iştirak etməməyim mənim gühanım deyildi. Sadəcə anlaşılmaz oldu, vəssalam".

Xatırladaq ki, Qadze əvvəllər "Zirə"də də oynayıb.


Mirbağırağa

Xəbər xətti