Millimizin sabiq üzvü erməni ilə eyni komandada oynayacaq - FOTO

15:00 - 7 Fevral 2023

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Vyaçeslav Lıçkin fevralın 10-dan 12-dək Moskvada (Rusiya) keçiriləcək “Legends Cup” turnirinə dəvət edilib.

Sportal.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, millimizin şərəfini qorumuş Lıçkin MDB millisində çıxış edəcək.

Bu komandada onunla yanaşı Aleksandr Qleb, Vyaçeslav Qleb, Erik Yahimoviç (hamısı Belarus), Almat Bekbayev, Fərhadbek İrismetov (hər ikisi Qazaxıstan), Albert Sarkisyan (Ermənistan), Xurşed Mahmudov (Tacikistan), Server Ceparov (Özbəkistan) və Aleksandr Qatskan (Moldova) yer alacaq.

Qeyd edək ki, Konstantin Yeremenko adına ənənəvi turnir hər il keçirilir və bu dəfə turnir 15 illik yubileyi olacaq. Turnirdə “Avropa ulduzları”, “dünya ulduzları”,  "Afrika ulduzları", "Amerika ulduzları" və Rusiya millisinin veteranları çıxış edəcək.

Lıçkin 1995-2001-ci illərdə millimizin şərəfini qoruyub.​

 

Xəbər xətti