"Dünya çempionu olsaq da, bu, tarixin ən güclü Argentina millisi deyil"

17:31 - 4 Mart 2023

Argentina millisinin qapıçısı Emiliano Martinez Qətərdə keçirilən 2022-ci il dünya çempionatını qazanmalarına rəğmən, tarixin ən yaxşısı olmadıqlarını söyləyib.

Sportal.az xəbər verir ki, “TyC Sports”a danışan təcrübəli qolkiper bunları deyib:

"Məncə, dünya çempionu olan komandamız tarixin ən yaxşı Argentina millisi deyil. Biz yaxşı futbol oynayırıq. Lakin Argentina yığmasının digər komandalardan yeganə fərqi odur ki, bizə qalib gəlmək qismət oldu. “Copa Amerika”nı qazanaraq özümüzü sübut etmişdik. Dünya çempionatında da bəxtimiz gətirdi, iki matçda penaltilərlə qalib gəldik, “tiki-taka” oynamırdı, hər oyunda 3:0 hesabı ilə qalib gəlmirdik. Digər komandalardan fərqli olaraq, bizim bəxtimiz gətirdi. Bunu təkrar etsək, deyə bilərəm ki, bəli, biz tarixin ən yaxşısıyıq, amma buna qədər belə deyildi".

Xəbər xətti