"Qəbələ"nin zədəli futbolçusu komandaya qoşuldu

22:49 - 4 Mart 2023

“Qəbələ” Misli Premyer Liqasının 25-ci turunun “Qarabağ”la oyununa tam heyətlə hazırlaşır.

 

Sportal.az klubun saytına istinadən xəbrə verir ki, müdafiəçi Rüfət Əhmədov bərpa prosesini başa vurub. O, komanda hazırlıqlarına qoşulub.

 

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşü saat 17:00-da başlayacaq.

Xəbər xətti