Çağlar Söyüncü "Çelsi"nin təklifini rədd etdi

21:40 - 23 Mart 2023

Mövsümün sonunda "Lester Siti" ilə müqaviləsi başa çatan Çağlar Söyüncü gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, türk müdafiəçi "Çelsi"nin təklifini rədd edib. 26 yaşlı mərkəz müdafiəçisi daha əvvəl "Atletiko" ilə razılıq əldə etdiyi üçün London təmsilçisinə "yox" deyib. Təcrübəli futbolçu yayda Madrid klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Çağlar Söyüncü "Lester Siti"yə 2018-ci ilin yayında "Frayburq"dan transfer olunub. Türkiyə millisinin üzvü Premyer Liqa klubunun heyətində meydana çıxdığı 127 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti