"Qalatasaray" "İnter"in yarımmüdafiəçisini istəyir

18:49 - 24 Mart 2023

Türkiyənin "Qalatasaray" klubu mövsümıərarası fasilədə yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "İnter"də çıxış edən Roberto Qalyardinidir. "Sarı-qırmızılar" yayda Milan təmsilçisini ilə müqaviləsi başa çatan 28 yaşlı yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edəcək.

İtaliyalı futbolçu ilə İngiltərənin "Lester Siti" klubu da maraqlanır.

Qeyd edək ki, "İnter" Roberto Qalyardinini 2017-ci ilin yayında "Atalanta"dan 20 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə A Seriyası klubunun heyətində 18 matçda meydana çıxıb.

Xəbər xətti