Ralf Ranqnik: "Azərbaycan millisindən qol buraxmaq istəmirdik"

10:05 - 25 Mart 2023

Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun Azərbaycan üzərində qazandıqları görüşü (4:1) şərh edib.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun ilk dəqiqələrinin daha çətin alındığını bildirib:

"Qələbə qazandığımıza görə şadam. İlk 20 dəqiqə çox çətin keçdi. Oyuna nəzarəti itirdik və heç nə edə bilmədik. Birinci hissənin ortalarında diqtə etməyə başladıq. Ümumiyyətlə, inamlı oynadıq. Belə də davam etməliyik. Azərbaycan millisindən qol buraxmaq istəmirdik. Amma təəssüflər olsun ki, qapımızın toxunulmazlığını qoruya bilmədik".

Avstriya millisinin çalışdırıcısı qrupun digər görüşündə qeydə alınan nəticəni də şərh edib: “Belçikanın İsveç üzərində qələbəsinə gəlincə, onların səviyyəsi heç kimə sirr deyil. Bu qələbə buna daha bir sübutdur".

Xəbər xətti