"Milli komandanın kapitanı olmaq simvolik xarakter daşıyır"

12:00 - 27 Mart 2023

Fransa millisinin kapitanı Kilian Mbappe millidəki yeni rolundan danışıb.

Sportal.az "Telefoot"a istinadən xəbər verir ki, o, yığma komandanın kapitanı olmasının vacibliyini şərh edib:

"Ölkənizin milli komandasının kapitanı olmaq həmişə simvolik xarakter daşıyır. Biz milyonlarla fransızı təmsil edirik. Mən öz ölkəmin nümayəndəsiyəm. Bu, çox gözəldir, mən uşaq olanda bu barədə düşünmüşəm. Kapitan olanda bir sıra məsələlərə daha diqqətli yanaşmalısan. İlk növbədə komandanı düşünmək lazımdır. Komandaya rəhbərlik edən kapitan olmaq istəmirəm. Çünki onsuzda komandamızda çox vacib oyunçularımız var. Təbii ki, mən keçmişlə yeni nəsillər arasında bağlayıcıyam, amma bunda heç bir təzyiq yoxdur. Düşünürəm ki, hər şey çox yaxşı olacaq”.

Xəbər xətti