Joze Mourinyo gələcəyi ilə ilə bağlı qərar verdi

18:56 - 29 Mart 2023

Adı PSJ və İngiltərə klubları ilə hallanan "Roma"nın baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda paytaxt klubunu tərk etməyəcək. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. 60 yaşlı məşqçi 2024-cü ilin yayında başa çatacaq müqaviləsinin sonuna kimi postunda qalacaq. O, futbolçularla görüşərək qərarını açıqlayıb.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından "Roma"nı çalışdırır. Komanda ötən mövsüm onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub.

Xəbər xətti