"Turan Tovuz" bu problemi aradan qaldırdı - FOTO

19:15 - 29 Mart 2023

"Turan Tovuz" ev oyunlarını keçirdiyi Tovuz Şəhər Stadionunda bir problemi aradan qaldırıb.

Sportal.az xəbər verir ki, artıq arenada elektron tablo quraşdırılıb. Bu barədə qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın 28-ci turunun "Sumqayıt"la matçında tablodan istifadə olunacaq.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması 31 mart tarixində saat 15:30-da start götürəcək.


Xəbər xətti