"Barselona" ispan müdafiəçinin transferini həll etdi

20:56 - 29 Mart 2023

"Barselona" İniqo Martinesin keçidini həll edib.

Sportal.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" saytı məlumat verib. Kataloniya klubunun "Atletik"lə razılığa gəldiyi bildirilir.

Mövsüm sonunda Bilbao klubu ilə müqaviləsi başa çatdığından ispan mərkəz müdafiəçisinin digər klublarla danışığa başlamasında problem görülmür. Ən pis halda, 31 yaşlı futbolçu "Atletik"lə müqavilə imzalayıb "Barselona"ya icarəyə yollanacaq.

Xəbər xətti