Tanınmış məşqçi qadın millisini çalışdıracaq

11:57 - 31 Mart 2023

Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi postundan istefa verən Erve Renarın yeni iş yeri bəlli olub.

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis ölkəsində çalışacaq. 54 yaşlı məşqçi Fransanın qadınlardan ibarət milli komandasını çalışdıracaq. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Təcrübəli mütəxəssislə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Erve Renar 2019-2023-cü illər ərzində Səudiyyə Ərəbistanın yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında DÇ-2022-nin qrup mərhələsində iştirak edib.

Xəbər xətti