"Şamaxı" ilə matçda "Qarabağ"a bu oyunçular kömək edə bilməyəcək

12:33 - 1 Aprel 2023

"Qarabağ" Misli Premyer Liqasının 28-ci turunun "Şamaxı" ilə görüşünə itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, Ağdam klubuna bu görüşdə dörd futbolçu kömək edə bilməyəcək.

Belə ki, sabahkı matçda zədə səbəbindən Abbas Hüseynov, Bədavi Hüseynov, Yassin Benzia və Şahruddin Məhəmmədəliyev iştirak etməyəcək.

"Şamaxı" - "Qarabağ" oyunu aprelin 2-də Şamaxı şəhər stadionunda keçiriləcək və saat 15:30-da başlanacaq.
 

Xəbər xətti