"Fənərbaxça"nın yetirməsi haqda: "Azərbaycanın ən güclü klublarından biri onu istəyir"

13:13 - 1 Aprel 2023

Qazaxıstanlı futbol agenti Alım Jalelov Türkiyənin "Fənərbaxça" klubunun yetirməsi olan Mikael Əsgərovun "Kayrat"a transferi haqda danışarkən, Azərbaycan klublarının ona maraq göstərdiyini də bildirib.

Sportal.az "Prosports.kz"ya istinadən xəbər verir ki, futbol agenti Əsgərovu istəyən Azərbaycan klubunun adını çəkməyib:

"Xarici komandalardan da təklif var idi. Belarus, Qırğızıstan və Litva variantları oldu. Hətta Azərbaycanın ən güclü klublarından biri də onu istəyir. Hələ ki, bu məsələ açıq qalır. Biz daim əlaqə saxlayırıq və danışıqlar aparırıq, onlar Mikaeli izləyir. Əminəm ki, Qazaxıstan klubundakı bir mövsüm uğurlu çıxış etsə, təkliflər daha da çoxalacaq".

20 yaşlı sol cinah müdafiəçisi “Adana Dəmirspor” və “Ekibastuz” klublarında icarə əsasında oynayıb.

Xəbər xətti