Vaqif Cavadov baş məşqçi təyin olundu

19:21 - 21 Aprel 2023

"Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”-nin baş məşqçisi təyin olunub.

Sportal.az xəbər verir ki, Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt”ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.

Xəbər xətti