"Premyer Liqada qalmaq uğrunda mübarizə mövsümün sonuna qədər davam edəcək"

14:31 - 7 May 2023

"Premyer Liqada qalmaq uğrunda mübarizə mövsümün sonuna qədər davam edəcək. Bütün komandalar kimi, biz də bunu istəyirik. Özümüzə çox inanırıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"ın qapıçısı Aydın Bayramov deyib.

"Kimyaçılar"ın əsas qolkiperi Bayramov Misli Premyer Liqanın 33-cü turunun "Səbail"lə görüşündən gözləntilərini bölüşüb.  

O, komandasının bu matçda qalib gələcəyinə inandığını bildirib:

"Hər iki komanda üçün çox vacib oyundur. Qələbə qazana bilsək, işimizi bir az da asanlaşdıracağıq. Ümidvaram ki, istədiyimizi edə biləcəyik".
 

Xəbər xətti