"Sumqayıt" qvineyalı futbolçunu göndərəcək

13:13 - 18 May 2023

"Sumqayıt" yayda bir legioneri ilə yollarını ayıracaq.

Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" "Başakşəhər"dən icarəyə götürdüyü Alya Tureni geri qaytaracaq. Qvineyalı futbolçu özünü sübut edə bilmədiyindən Samir Abasov onun xidmətində maraqlı deyil.

Qeyd edək ki, "Sumqayıt" Alya Tureni mövsümün əvvəlində heyətinə qatıb. 21 yaşlı vinger Premyer Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Mirbağırağa

Xəbər xətti