"Heydər Əliyev Kubok"u keçiriləcək: Türk dövlətlərinin klubları iştirak edəcək

11:02 - 19 May 2023

Türk dövlətlərinin klublarının iştirakı ilə "Heydər Əliyev Kubok"u keçiriləcək.

Sportal.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın prezidenti Dursun Özbek məlumat verib. Turnirə türk dövlətlərinin iddialı klubları qatılacaq. İştirakçıların adları hələ ki, bəlli deyil.

Yarış Türkiyənin İstanbul şəhərində keçiriləcək və bir günə yekunlaşacaq. Oyunların hər biri 45 dəqiqədən ibarət olacaq.

Mirbağırağa

Xəbər xətti