PSJ kapitanı ilə müqavilə müddətini uzatdı

16:09 - 19 May 2023

2013-cü ildən PSJ-nin formasını geyinən Markinyos daha beş il bu komandada oynayacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən braziliyalı 2028-ci ilə qədər Paris klubuna məxsus olacaq.

Təcrübəli futbolçu Fransa nəhəngi ilə yeni müqavilə imzalamasını bu cür şərh edib: "Müqavilənin uzadılmasından məmnunam və bununla fəxr edirəm. Mənim üçün bu xüsusi bir məqamdır. PSJ həmişə mənə güvənib, mən də kluba güvənirəm. Əminəm ki, növbəti illərdə biz birlikdə uğur qazanmağa davam edəcəyik".

Markinyos 2013-cü ildə "Roma"dan PSJ-yə keçib.

Xəbər xətti