"Lion" "Monako"ya şans vermədi - VİDEO

10:30 - 20 May 2023

Fransa Liqa 1-də 36-cı tura start verilib.

Sportal.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Lion" və "Monako" üz-üzə gəlib. Görüş lionluların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra aktivindəki xalların sayını 59-a yüksəldən "Lion" 7-ci pillədə qərarlaşıb. "Monako" isə 65 xalla dördüncüdür. 

Fransa, Liqa 1

"Lion" - "Monako" 3:1
Qollar: Lakazette, 38. Kakre, 57. Çerki, 78 – Ben Yedder, 2-pen.

Xəbər xətti