Veratti PSJ-ni tərk edir, yeni komandası bəllidir

12:05 - 20 May 2023

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti komandadan ayrılmağa hazırlaşır.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, italiyalı futbolçu özünü Parisdə xoşbəxt hiss etmədiyindən komandasını dəyişmək qərarına gəlib.

Onun "Əl-Hilal"a keçəcəyi və Lionel Messinin də transferində həlledici rol oynayacağı gözlənilirdi. Amma Verattinin “Real”a söz verdiyi və bu transferin yayda baş tutacağı ehtimal edilir.

30 yaşlı futbolçu 2012-ci ildə "Peskara"dan PSJ-yə keçmişdi.

Xəbər xətti