Türkiyə Super Liqasına yüksələn ikinci komanda bəlli oldu

21:19 - 21 May 2023

Türkiyə I Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, son turda Super Liqaya yüksələn ikinci komanda müəyyənləşib. Doğma meydanda "Altınordu" ilə qolsuz heç-heçə edən "Rizespor" bir illik fasilədən sonra elitaya qayıdıb.

Daha əvvəl "Samsunspor" əsas liqaya yüksəlmişdi.

Qeyd edək ki, Super Liqaya son vəsiqənin sahibi pley-off görüşlərindən sonra bəlli olacaq.

Xəbər xətti