Premyer Liqa klubu braziliyalı ilə yollarını ayıracaq

13:29 - 22 May 2023

"Sumqayıt" yayda bir neçə legioneri ilə yollarını ayıracaq.

Sportal.az saytına verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisinin yeni mövsüm üçün heyətdə saxlamayacağı futbolçulardan biri də Dieqo Kariokadır.

Qış “transfer pəncərəsi” zamanı “Kolos”dan icarəyə götürülmüş braziliyalı yarımmüdafiəçi zədə səbəbindən əksər matçlarda komandasına kömək edə bilməyib. Kariokanın yayda müqavilə ilə məxsus olduğu Ukrayna klubuna qayıdacaq.

Xəbər xətti