Fransa Liqa 1: Aşağı liqaya düşən hər üç komandanın adı müəyyənləşdi

19:46 - 22 May 2023

Fransa yüksək liqasını tərk edəcək üçüncü komandanın da adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Trua" Liqa 1-dəki yerini qoruyub-saxlamağı bacarmayıb.

Belə ki, adçəkilən komanda "Strasburq"la 1:1 oynadığı üçün Liqa 2-yə yuvarlanması rəsmiləşib.

Əlavə edək ki, "Trua" ilə yanaşı "Anje" və "Ayaçço" da Liqa 1-də qala bilməmişdi.

Xəbər xətti